14 May 2026, 10:58
FUTBOL
"Barselona" ilə müqaviləsi mövsümün sonunda başa çatan Robert Levandovski karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Przeglad Sportowy" nəşri məlumat yayıb.
"Əl-Hilal" polşalı hücumçunu heyətinə qatmaq istəyir. Ərəblər 37 yaşlı illik 90 milyon avro maaş təklif edib.
Təcrübəli futbolçu ilə MLS klubları da yaxından maraqlanır.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 44 oyunda 18 qol vurub, 4 qol ötürməsi edib.

_1778759398.jpg)






_1778717518.jpg)




