Bizon Azərbaycan Kubokunda 2025/26 mövsümünün final görüşündən sonra keçirilən mükafatlandırma mərasimində matçın hakimləri və rəsmi şəxslərinə hədiyyələr təqdim olunub.

Matc.az xəbər verir ki, onlara mükafatları AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

Qeyd edək ki, final qarşılaşmasını Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest