"Barselona" "Vilyarreal"ın hücumçusu Alberto Moleyronu izləyir və 22 yaşlı futbolçunun ətrafıyla əlaqədədir. Kataloniya klubu oyunçunun inkişafını müsbət qiymətləndirir.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, Moleyronun müqaviləsində 50 milyon avroluq sərbəst qalma bəndi var. Oyunçunun özü də "Barselona"da oynamaq arzusundadır.

Bu mövsüm Moleyro bütün yarışlarda 43 oyunda meydana çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı futbolçunun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest