"Çelsi" rəhbərliyi komandanın heyətindəki gələcək prosseslər ilə bağlı yeni baş məşqçi Xabi Alonso ilə görüşənə qədər, bütün transfer fəaliyyətlərini dayandırmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Bildirilir ki, "Barselona" "Çelsi"nin hücumçusu Joao Pedroya ciddi maraq göstərir. Lakin bu transfer hazırda sual altındadır.

Braziliyalı hücumçu "Çelsi"nin yeni baş məşqçisinin uzunmüddətli planlarının bir hissəsi ola bilər və bu halda londonlular onu satmaqdan imtina edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest