Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oynayacaq növbəti komandanın adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, I Liqanın sonuncu turunda "Mingəçevir" "Səbail"i 4:1 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra Mingəçevir komandası mövsümü ikinci pillədə tamamlayıb və pley-offa vəsiqə əldə edib. 

Reqlamentə əsasən, I Liqada ikinci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.

Qeyd edək ki, Premyer Liqaya vəsiqə uğrunda pley-off qarşılaşması mayın 28-də neytral meydanda keçiriləcək.

I Liqa
XVII tur
22 may

"Mingəçevir" – "Səbail" - 4:1
Qollar:
 E.Bayramov, 14, E.Mustafayev 29, Ə.Eyubov, 53, K.Quliyev, 90+2-pen // Q.Səfərov, 42
Baş hakim: Elçin Məsiyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest