22 May 2026, 21:17
FUTBOL
"Barselona" və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta tezliklə məşqçilik karyerasına başlayacaq.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, 42 yaşlı ispaniyalı tezliklə BƏƏ klubu olan "Qalf Yunayted"ə rəhbərlik edəcək.
Klub 2019-cu ildə təsis edilib və ötən mövsümü çempionatı onuncu yerdə tamamlayıb. Cari mövsümdə komanda eyni nəticə ilə mövsümü başa vurmaq üzrədir.
Qeyd edək ki, İnyesta karyerasını 2024-cü ildə BƏƏ-nin digər klubu olan "Emirates"də başa vurub.













