Futbol üzrə Avropa Liqasında ilkin mərhələnin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, "Qəbələ"nin potensial rəqibləri olan "La Fiorita" (San Marino) ilə "Enqordani" (Andorra) də cavab görüşünə çıxıb. Bu kollektivlər arasında keçirilən matçda andorralılar 1:0 hesablı qələbə qazanmışdılar. Cavab görüşündə də 2:1 hesabıyla üstün olan "Enqordani" Avroliqanın 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. 
 
"Enqordani" 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubu ilə mübarizə aparacaq. Məhz bu kollektivlərin duelindən qalib ayrılacaq tərəf 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşmaq hüququ qazanacaq.
 
Ardıcıl 6-cı dəfə bu turnirdə qüvvəsini sınayacaq "Qəbələ" yeni mövsümdəki ilk oyununu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq. 1-ci təsnifat mərhələsinin oyunları isə iyulun 11-də və 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest