28 May 2026, 00:20
FUTBOL
Türkiyəli futbolçu Tolqay Arslan karyerası ilə bağlı yekun qərarı verib.
Matc.az xəbər verir ki, "Sanfreççe Xirosima" klubunda çıxış edən yarımmüdafiəçi karyerasını başa vurub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumameyilli yarımmüdafiəçi 35 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Tolqay Arslan "Hamburq", "Beşiktaş", "Fənərbaxça", "Udineze" kimi klublarda çıxış edib. Təcrübəli futbolçu Almaniya U-21 millisinin formasını geyinib.













