"Dominikan Respublikasının yığması son illər çox irəliləyib, Kamerun da dünya çempionatında pis təsir bağışlamadı. Bir sözlə, bizim üçün çətin olacaq. Buna baxmayaraq, qrup mərhələsini keçməyə çalışacağıq"
"Artıq iki həftədi hazırlıqlara başlamışıq". Matc.az xəbər verir ki, bu sözləri voleybol üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Covanni Kaprara deyib.
1-3 avqust tarixlərində Braziliyada təşkil olunacaq Olimpiya təsnifat mərhələsində iştirak edəcək yığmamız Bakıda hazırlıqlara davam edir.
D qrupunda mübarizə aparacaq komandamızın çalışdırıcısı hazırlıqdan və təsnifat mərhələsindəki rəqiblərdən danışıb: "Bir məşqçi olaraq məni iki məsələ düşündürür. İlk olaraq komanda kimi birgə çox məşq keçməli, daha sonra yoxlama matçlarında gücümüzü yoxlamalıyıq. Olimpiya təsnifat oyunlarında rəqiblərimiz haqda isə bunu deyə bilərəm ki, Braziliya millisinin təqdimata ehtiyacı yoxdu. Dominikan Respublikasının yığması son illər çox irəliləyib, Kamerun da dünya çempionatında pis təsir bağışlamadı. Bir sözlə, bizim üçün çətin olacaq. Buna baxmayaraq, qrup mərhələsini keçməyə çalışacağıq".