05 İyun 2026, 10:18
FUTBOL
DÇ-2026-nın hazırlığını davam etdirən İspaniya milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, Luis De La Fuentenin rəhbərlik etdiyi kollektiv İraq yığması ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Hər iki komanda dünya çempionatının final mərhələsində iştirak edəcək. İspaniya seçməsi H qrupunda Uruqvay, Kabo-Verde və Səudiyyə Ərəbistanı ilə, İraq isə Fransa, Seneqal və Norveçlə birlikdə I qrupunda yer alıb.
İspaniya - İraq 1:1
Qollar: Ferran Torres 16 - Merças Doski 27













