"Trabzonspor" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, Super Liqa nəhəngi "Benfika"dan Sidni Lopes Kabralı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Trabzonspor" Kabo-Verde millisinin üzvü üçün Portuqaliya klubuna 7 milyon avro təzminat ödəyib. 23 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sidni Lopes Kabral başa çatan mövsümdə "Benfika"nın heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest