Azərbaycan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Malta ilə üz-üzə gəlib.
Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan qarşılaşma Maltanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, millimiz ayın 9-da daha bir hazırlıq matçı keçirəcək. Komanda San Marino seçməsi ilə qarşılaşacaq.
Yoldaşlıq oyunu
5 iyun
Azərbaycan – Malta - 0:2
Qollar: Mbong, 65, Satariano, 86
Macarıstan, “Haladaş” stadionu
Azərbaycan: 1. Emil Balayev, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov (k), 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev, 3. Elvin Cəfərquliyev, 13. Emil Səfərov, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Xəyal Əliyev, 10. Mahir Emrel
Baş məşqçi: Ayxan Abbasov
Malta: 16. Əl-Tumi, 21. Korbalan, 13. Pepe, 5. Şou, 14. Qarsiya, 23. Satariano, 6. Qillaumyer (k), 26. Evurum, 10. Teuma, 20. Çuref, 25. Zammit
Baş məşqçi: Emilio De Leo













