Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Batrakov karyerasını Fransada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

PSJ Rusiya milli komandasının üzvünü transfer etmək istəyir. UEFA Çempionlar Liqasının qalibi 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün yaxın vaxtlarda Moskva klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Aleksey Batrakov başa çatan mövsümdə "Lokomotiv"in heyətində keçirdiyi 36 oyunda 17 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest