"İnter" "Brügge"də çıxış edən sabiq futbolçusu Aleksander Stankoviçi transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliya çempionu seerbiyalı dayaq yarımmüdafiəçisi üçün 23 milyon avroluq geri satınalma bəndini işə salıb. 20 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Brügge" Aleksander Stankoviçi mövsümün əvvəlində "İnter"dən 9,5 milyon avroya transfer etmişdi. Serbiya millisinin üzvü Belçika təmsilçisinin heyətində keçirdiyi 55 oyunda 9 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest