İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) Premyer Liqada ötən mövsümün ən yaxşı gənc oyunçusu mükafatına namizədləri elan edib.

Matc.az xəbər verir ki, müvafiq siyahı təşkilatın rəsmi saytında dərc olunub.

​Mükafat uğrunda altı futbolçu mübarizə aparacaq. Bunlar Rayan Şerki ("Mançester Siti"), Maks Douman ("Arsenal"), Eli Junior Krupi ("Bornmut"), Kobbi Meynu ("Mançester Yunayted"), Rio Nqumoa ("Liverpul") və Niko O'Raylidir ("Mançester Siti").

​Qalib Premyer Liqa futbolçuları arasında keçiriləcək səsvermənin nəticələrinə əsasən, avqustun 25-də PFA-in Mançesterdə təşkil olunacaq 53-cü illik mükafatlandırma mərasimində elan ediləcək. Ötən il bu mükafata "Aston Villa"dan Morqan Rocers layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest