05 İyun 2026, 12:16
FUTBOL
"Beşiktaş" "Benfika"nın hücumçusu Vangelis Pavlidisi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
İstanbul nəhəngi yunanıstanlı forvard üçün Portuqaliya klubuna 20 milyon və bonuslar təklif edib. Lissabon təmsilçisi ilə 30 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, vangelis Pavlidis başa çatan mövsümdə "Benfika"nın heyətində bütün turnirlərdə keçirdiyi 53 oyunda 30 qol vurub, 6 qol ötürməsi edib.











_1780655917.jpg)

