08 İyun 2026, 13:59
FUTBOL
"Fənərbaxça"nın yarımmüdafiəçisi Marko Asensio ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Vilyarreal" ispaniyalı futbolçunu transfer etmək istəyir. La Liqa təmsilçisi artıq 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlayıb. Təcrübəli oyunçunun İspaniya klubuna keçməyə isti yanaşdığı bildirilir.
Qeyd edək ki, Marko Asensio ötən mövsüm İstanbul nəhənginin heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 13 qol vurub, 14 qol ötürməsi edib.









_1780918407.jpg)



