18 yaşlı vinger Şeyn Klyuvert 2026/27 mövsümünün hazırlıqları çərçivəsində "Barselona"nın əsas komandasına qoşulacaq.

Matc.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.

Niderlandın U-19 millisində çıxış edən futbolçu artıq yay təlim-məşq toplanışına çağırılması ilə bağlı klubdan bildiriş alıb. İyulun 13-də Klyuvertin tibbi müayinədən keçəcəyi, daha sonra isə komanda ilə birlikdə İngiltərənin "Sent-Ceyms Park" idman kompleksindəki təlim-məşq toplanışına yollanacağı gözlənilir.

​Şeyn "Barselona"nın ən istedadlı yetirmələrindən biri hesab olunur. Apreldə klub onunla müqavilənin müddətini 2028-ci ilə qədər uzadaraq, oyunçunun inkişafı ilə bağlı ciddi planlarının olduğunu təsdiqləyib.

​Gənc vinger ötən mövsüm "Barselona"nın ikinci komandasının heyətində 22 oyun keçirib, bu qarşılaşmalarda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Şeyn "Barselona"nın sabiq hücumçusu Patrik Klyuvertin oğludur. Onun böyük qardaşları Ruben Klyuvert və Castin Klyuvert isə müvafiq olaraq "Lion" və "Bornmut" klublarında oynayırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest