2026-cı il dünya çempionatının oyunlarını stadionlardan canlı izləyən azarkeşlərin ümumi sayı artıq 3 605 357 nəfərə çatıb və bu, dünya birincilikləri tarixində mütləq rekord göstərici olub.
2026-cı il dünya çempionatının oyunlarını stadionlardan canlı izləyən azarkeşlərin ümumi sayı artıq 3 605 357 nəfərə çatıb və bu, dünya birincilikləri tarixində mütləq rekord göstərici olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı FIFA-nın rəsmi saytı E qrupunun Ekvador - Almaniya və Kurasao - Fil Dişi Sahili matçlarının yekunlarına əsasən yayıb.
Beləliklə, yeni rekordun qeydə alınması üçün cəmi 56 qarşılaşma kifayət edib. Bundan əvvəlki ən yüksək azarkeş sayı 1994-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatında qeydə alınmışdı (3 587 538 tamaşaçı).
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçirilir. Sonuncu dünya çempionu 2022-ci ildə Qatarda təşkil olunan turnirin finalında Fransanı penaltilər seriyasında məğlub edən Argentina millisidir.













