"Opta" superkompüteri 1/8 final mərhələsinin startından əvvəl dünya çempionatı 2026-nın əsas favoritlərinin adlarını açıqlayıb.

"Opta" superkompüteri 1/8 final mərhələsinin startından əvvəl dünya çempionatı 2026-nın əsas favoritlərinin adlarını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Opta" analitik şirkəti məlumat yayıb.

Bildirilir ki, Fransa millisinin çempionluq şansı 28,89 faizə qədər yüksəlib (qrup mərhələsindən sonra bu göstərici 18,66 faiz təşkil edirdi). İlk "üçlüy"ə həmçinin Argentina (16,32 faiz) və İspaniya (12,96 faiz) komandaları da daxildir.

Xatırladaq ki, fransalılar keçirdikləri 4 oyunda ümumi 13:2 hesabı ilə 4 qələbə qazanıblar. Onlar ardıcıl olaraq Seneqal (3:1), İraq (3:0), Norveç (4:1) və 1/16 finalda İsveç (3:0) yığmalarını üstələyiblər.

Hazırda Fransa millisi ABŞ-ın Filadelfiya şəhərindədir və burada Paraqvay yığması ilə 1/8 final oyununa hazırlaşır. Görüş bazar günü, iyulun 5-nə keçən gecə Bakı vaxtı ilə saat 01:00-da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest