"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında növbəti oyununu keçirib.

Matc.az xəbər verir ki, təmsilçimiz Uqanda yığması ilə üz-üzə gəlib.

Qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb - 18:15.

Yarımfinal oyunu bu gün saat 21:50-də keçiriləcək.

Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest