08 İyul 2026, 17:38
FUTBOL
"Real"ın üç futbolçusu karyerasını "Fulhem"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "BBC" nəşri məlumat yayıb.
Bildirilir ki, London klubunun baş məşqçisi postuna yeni gətirilən və keçən mövsüm "Real"da çalışmış ispaniyalı mütəxəssis Alvaro Arbeloa sabiq yetirmələrini komandasında görmək istəyir. Söhbət müdafiəçi Fran Qarsiya, hücumçu Qonsalo Qarsiya və vinger Franko Mastantuonodan gedir.
İngiltərə təmsilçisi Mastantuononu icarəyə götürmək, digər iki futbolçunun isə transfer hüquqlarına birdəfəlik sahib olmaq niyyətindədir.
Qeyd edək ki, "Fulhem" ötən mövsüm İngiltərə Premyer Liqasını 11-ci pillədə başa vurub.













