Fransa Futbol Federasiyasının (FFF) 2026-cı il dünya çempionatının 1/8 finalında paraqvaylılarla oyunda (1:0) sarı vərəqə alan yarımmüdafiəçi Maykl Olisenin cəzasının ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən rədd edilib.
Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Bildirilir ki, qarşılaşmanın əlavə vaxtında xəbərdarlıq alan futbolçunun cəzası qüvvədə saxlanılıb.
"Bu gün səhər FIFA-nın qərarını aldıq: vərəqə qüvvədə qalır", - deyə Fransa millisinin baş məşqçisi Didye Deşam bildirib.
Olise iyulun 9-da Mərakeşə qarşı keçiriləcək 1/4 final matçında sarı vərəqə alacağı təqdirdə, potensial yarımfinal oyununu buraxmalı olacaq.
Qeyd edək ki, FFF bu müraciəti FIFA-nın ABŞ millisinin hücumçusu Folarin Boloqunun qırmızı vərəqəsini ləğv etməsindən sonra ünvanlamışdı.













