PSJ-nin 20 yaşlı yarımmüdafiəçisi Qabriel Moskardo karyerasını "Espanyol"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Moskardo bir mövsümlük müqavilə əsasında İspaniya təmsilçisinə icarəyə verilib və sözləşmədə futbolçunun transfer hüquqlarının birdəfəlik satın alınması bəndi yer almayıb. Bu keçid üçün qarşı tərəf 7 milyon avro ödəyib.
Braziliyalı oyunçunun Fransa klubu ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. 2024-cü ilin yanvarında Paris təmsilçisinə keçən yarımmüdafiəçi bu müddət ərzində artıq dördüncü dəfə müxtəlif klublara icarəyə göndərilib.
O, ötən mövsümü Portuqaliyanın "Braqa" klubunda keçirib və meydana çıxdığı 39 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yaddan qalıb.













