Futbol üzrə Türkiyə yığmasının və “Beşiktaş”ın hücumçusu Burak Yılmaz əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda futbolçunun sağ ayaq sümüyündə yaranan problemlə əlaqədar əməliyyata ehtiyac duyulduğu bildirilir. Artıq uğurla əməliyyat olunan Burakın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.
 
Qeyd edək ki, “Beşiktaş” ötən gündən etibarən yeni mövsüm üçün hazırlığa start verib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest