İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Bosniya və Herseqovina yığmasının yarımmüdafiəçisi Rade Kruniçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Empoli"dən transfer olunan futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
İtaliya mətbuatının yazdığına görə, "Milan" bu keçid qarşılığında "Empoli"yə 8 milyon avro təzminat ödəyəcək.
 
Kruniç ötən mövsüm "Empoli"nin heyətində 34 oyuna çıxıb, 5 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest