"Marsel"in vingeri Meyson Qrinvud karyerasını Türkiyənin "Fənərbaxça" klubunda davam etdirmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı ingiltərəli futbolçunun transfer məbləği 45 milyon avro təşkil edəcək. Oyunçu İstanbul təmsilçisi ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan 4 illik müqavilə imzalayacaq. Onun maaşı mövsüm başına 8 milyon avro olacaq, daha 2 milyon avro isə bonus şəklində nəzərdə tutulub.
Qeyd edək ki, "Marsel" Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən 26 milyon avroya transfer etmişdi. Provansalların heyətində ümumilikdə 81 matça çıxan ulduz futbolçu 48 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun hazırkı bazar dəyərini 55 milyon avro qiymətləndirir.
Daha əvvəl İtaliyanın "Roma" klubunun Qrinvudla şəxsi müqavilə şərtlərində razılığa gəldiyi bildirilirdi.












