17 İyul 2026, 15:50
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət "Turan" komandası Çempionlar Liqasına İtaliyada hazırlaşacaq.
Qadın voleybolçulardan ibarət "Turan" komandası Çempionlar Liqasına İtaliyada hazırlaşacaq.
Matc.az xəbər verir ki, bu barədə Tovuz klubunun prezidenti Həsən Zeynalov məlumat verib.
O, sentyabr ayında Milan şəhərində təlim-məşq toplanışı keçəcəklərini bildirib: "Toplanış iki həftə nəzərdə tutulub. Ondan sonra Yunanıstana yollanmaq ehtimalımız var. Orada kiçik bir turnirə qatıla bilərik".
Qeyd edək ki, "Turan" komandası Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Mladost"la qarşılaşacaq. İlk oyun oktyabrın 20-22-də Bakıda, cavab görüşü isə 27-29-da səfərdə keçiriləcək.







.jpg_1784300000.jpg)





