Voleybolçularımız ertəsi gün ev sahibi Braziliya ilə gücünü yoxlayacaq. Qrupda son matçda rəqib isə Kamerun yığması olacaq. Bu görüş avqustun 3-də baş tutacaq.
Qadın voleybolçular arasında 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirin təqvimi açıqlanıb. Matc.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan yığması ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də olacaq. Voleybolçularımız ertəsi gün ev sahibi Braziliya ilə gücünü yoxlayacaq. Qrupda son matçda rəqib isə Kamerun yığması olacaq. Bu görüş avqustun 3-də baş tutacaq.
Qeyd edək ki, matçlar Braziliyanın Uberlandiya şəhərində keçiriləcək.
D qrupu
1 avqust
21:15. Braziliya – Kamerun
23:45. Dominikan Respublikası – Azərbaycan
2 avqust
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası
3 avqust
17:00. Braziliya – Dominikan Respublikası
19:30. Azərbaycan – Kamerun