02 Avqust 2026, 19:37
FUTBOL
"Yuventus" "Bayer"in hücumçusu Kərim Alaybeqoviçin transferini elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İtaliya klubu oyunçu üçün 33 milyon avro ödəyəcək, sövdələşmədə 7 milyon avro bonus da nəzərdə tutulur.
Kərim ötən mövsümü icarə əsasında "Zaltsburq"da keçirib, 28 oyunda meydana çıxaraq 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.













