Norveç millisinin 35 yaşlı qapıçısı Eryan Nüland azad agent kimi "Leyptsiq"ə qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, Almaniya klubu Nülandı "Vilyarreal"a keçməyə yaxın olan Peter Qulaçinin əvəzedicisi kimi görür. Tərəflər artıq əməkdaşlığı şifahi şəkildə razılaşdırıblar, yaxın vaxtlarda bu razılaşmalar rəsmi olaraq təsdiqlənəcək.

Əvvəllər Eryan Nüland "Aston Villa", "Norviç Siti", "Bornmut" və "Redinq" kimi komandalarda çıxış edib.

Futbolçu 2022-2023-cü illərdə "Leyptsiq"in şərəfini qoruyub, daha sonra "Sevilya"ya keçib.

Qapıçı Norveç millisinin heyətində 2026-cı il dünya çempionatının 1/4 finalına qədər yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest