"Tottenhem" "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin transferi variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" idman nəşri məlumat yayıb.

London klubu vasitəçilər vasitəsilə 27 yaşlı futbolçu üçün 50-55 milyon funt-sterlinq arası məbləğ ödəməyə hazır olduğunu bildirib.

Türkiyə təmsilçisi isə forvard üçün təxminən 65 milyon istəyir. Bununla belə, klublar arasında hələ ki rəsmi danışıqlar və birbaşa təmaslar baş tutmayıb.

"Tottenhem"in baş məşqçisi Roberto De Dzerbi nigeriyalı oyunçunu komandanın hücum xəttini əhəmiyyətli dərəcədə gücləndirməyə qadir bir futbolçu hesab edir.

Osimhen həmçinin "Mançester Yunayted", "Çelsi" və "Atletiko" klublarında hədəfindədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest