Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
öncə Seneqal və Benin yığmaları üz-üzə gəlib. Minimal hesabla qələbə qazanan seneqallılar ilk yarımfinalçı olublar.
 
Günün digər matçında Nigeriya yığması CAR kollektivi ilə münasibətlərinə aydınlıq gətirib. üç qolun qeydə alındığı qarşılaşmanın sonunda sevinən nigeriyalılar olub.
 
Afrika Millətlər Kuboku
1/4 final
10 iyul
 
Seneqal – Benin 1:0
Qol: Queye, 70.
 
Nigeriya – CAR 2:1
Qol: çukvueze, 27. Trost-Ekonq, 89 – Zunqu, 71.
 
11 iyul
 
20:00. Fil Dişi Sahili - Əlcəzair
23:00. Madaqaskar - Tunis
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest