Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi ölkə xaricində təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız artıq Bolqarıstana yola düşüb.

Millimiz daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Komandamız hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama oyunu keçirəcək.

Yığma turniri qəbul edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest