"Vest Hem Yunayted" klubunun və Almaniya millisinin hücumçusu Niklas Füllkruq "Verder"ə qayıtmağa bir addım qatadır.
Matc.az xəbər verir ki, bu barədə insayder və jurnalist Patrik Berger sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı hücumçu yaxın saatlarda Almaniyada tibbi müayinədən keçəcək. Söhbət mövsümün sonuna qədər icarə müqaviləsindən gedir. Füllkruqun doğma komandasına qayıtmaq üçün maaşının azaldılmasına razı olduğu qeyd edilir.
Niklas Füllkruq "Verder"in yetirməsidir və o, bu komandanın heyətində əsas səviyyədə parlayıb. Bununla yanaşı, almaniyalının karyerasında "Qroyter Fürt", "Nürnberq", "Hannover-96" və "Borussiya" (Dortmund) klubları da var. Hücumçu 2026-cı ilin yanvarından etibarən icarə əsasında "Milan"ın heyətində çıxış edib və 20 matçda bir qol vurub.













