Ölkəmizin də ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin yekun heyəti bəlli olub.
Ölkəmizin də ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin yekun heyəti bəlli olub.
Matc.az xəbər verir ki, C qrupunda yer alan yığmamız baş məşqçisi Faiq Qarayevin rəhbərliyi ilə doğma meydanda mübarizə aparacaq. Komandamızın kapitanı isə Ayşən Abduləzimovadır.
Azərbaycan millisinin yekun heyəti:
Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova
Blokçular: Ayşən Abduləzimova, Mariya Kirilyuk, Aynur İmanova.
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Baş məşqçi: Faiq Qarayev
Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov
Qeyd edək ki, Bakıda C qrupunun oyunları keçiriləcək. Qrup mərhələsi 21-28 avqust tarixlərində baş tutacaq.













