Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, bu turnirdə mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq “Qəbələ”nin potensial rəqibləri də ilk oyunda üz-üzə gəliblər.
 
Söhbət Gürcüstanın “Dinamo” (Tiflis) və Andorranın “Enqordani” klublarından gedir. Bu kollektivlər arasındakı ilk oyun Tiflisdə baş tutub. Gürcüstan klubu qarşılaşmadan 6:0 hesablı qələbəylə ayrılıb və demək olar ki, cütün taleyini elə ilk oyundaca həll edib. Andorra klubunun cavab matçında geridönüş etməsi mümkünsüz görünür. Bu üzdən də artıq “Qəbələ”nin 2-ci təsnifat mərhələsində məhz “Dinamo”yla qarşılaşacağını inamla söyləmək olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest