Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası 2026-cı il Avropa çempionatının yarımfinal mərhələsində Serbiya yığmasını məğlub edərək adını finala yazdırıb.
Matc.az xəbər verir ki, İstanbuldakı Sinan Erdem İdman Salonunda baş tutan qarşılaşmada "Filenin sultanları" rəqibini 3:0 (25:20, 25:19, 25:20) hesabı ilə üstələməyi bacarıb.
Qardaş ölkə təmsilçisinin finaldakı rəqibi bu axşam keçiriləcək Polşa – İtaliya matçının qalibi olacaq.
Avropa çempionunun adına isə sentyabrın 6-da eyni arenada baş tutacaq həlledici final oyununda aydınlıq gələcək.
Xatırladaq ki, Türkiyə yığması turnirin 1/8 final mərhələsində Azərbaycan millisi ilə də qarşılaşıb. Sentyabrın 1-də baş tutan həmin görüşdə qardaş ölkə təmsilçisi voleybolçularımızı 3:0 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdırıb












_1788611807.jpg)
