"Turan" voleybol klubu CEV Çempionlar Liqasında mübarizəyə hazırlıq çərçivəsində geniş hazırlıq proqramına start verib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Tovuz təmsilçisi İtaliyanın Rimini şəhərinə yollanaraq burada yerli və Avropanın müxtəlif ölkələrindən olan klublarla bir sıra yoxlama oyunları keçirəcək.

Klubun İtaliyadakı rəqibləri "CDA Volley Talmassons FVG", "Omag Consolini Volley 1907", "Megabox Ond. Savio Vallefoglia" və "VfB Suhl LOTTO Thüringen" olacaq. "Savino Del Bene Scandicci" ilə mümkün qarşılaşmanın keçirilməsi isə son həftə ərzində dəqiqləşəcək.

İtaliyadakı hazırlıq mərhələsindən sonra Azərbaycan təmsilçisi 27 sentyabrda Yunanıstanın Santorini şəhərinə yollanacaq və "A.O. Thiras Santorini" ilə qarşılaşacaq.

Avropa səfərinin son dayanacağı isə İstanbul olacaq. Oktyabrın 1-də Türkiyənin "Fənərbaxça" klubu ilə yoldaşlıq görüşü keçirəcək voleybolçular daha sonra Bakıya qayıdaraq və hazırlıqlarını davam etdirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest