"Qalatasaray" qış fasiləsində heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Bildirilir ki, "sarı-qırmızılılar"ın yanvar ayında komandaya ediləcək yeni transferlərlə yanaşı, bir neçə önəmli futbolçu ilə yollarını ayıracağı gözlənilir.

İstanbul təmsilçisi qış "transfer pəncərəsi"ndə İlkay Gündoğan, Vilfrid Sinqo və Kaan Ayhan ilə yolları ayırmağı planlaşdırır.

Komandanın 35 yaşlı yarımmüdafiəçisi İlkay Gündoğan bu mövsüm cəmi 2 matçda meydana çıxaraq 11 dəqiqə şans qazanıb.

"Qalatasaray"ın Çempionlar Liqası üçün sifariş vərəqəsinə daxil etmədiyi Kaan Ayhan isə bu mövsüm meydanda cəmi 1 dəqiqə qala bilib.

İstanbul klubunda keçirdiyi zədələrlə diqqət çəkən Sinqo isə cari mövsümdə iki oyunda ümumilikdə 41 dəqiqə mübarizə aparıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest