Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Sperantsa" oyununun biletləri bu gündən satışa çıxarılıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qiymətlər 2, 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edir.

Biletləri "Bakcell Arena" stadionlarının kassalarından, həmçinin "Rahat market"in "Baku MALL" (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City" ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), "Şahənşah" şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq" metrostansiyasının yanı), "Metropark" mağazalarından və "Mega Store"dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündü. Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək görüş saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest