12 Oktyabr 2026, 12:50
FUTBOL
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, o, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununda hakim-inspektor olacaq. Babək Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də "Əlincə Arena"da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 15:00-da səslənəcək.













