Portuqaliyalı hücumçu Kriştiano Ronaldo argentinalı forvard Lionel Messi ilə rəqabətin onu hər zaman motivasiya etdiyini, eyni zamanda meydandan kənar ünsiyyətlərinin hər zaman hörmət çərçivəsində qaldığını bildirib.
Matc.az xəbər verir ki, bu barədə "CNN Portugal" telekanalı məlumat yayıb.
"Bizim Messi ilə rəqabətimiz meydandan kənarda hər zaman hörmət çərçivəsində qalıb. Bu, Formula 1-in sabiq pilotları Ayrton Senna və Alen Prost arasındakı rəqabətə bənzəyir. Biz ikimiz öz limitlərimizi aşmaq üçün daim bir-birimizi motivasiya edirdik", - deyə Ronaldo qeyd edib.
Messinin 39 yaşı var, 2023-cü ildən Şimali Amerika Futbol Liqasının (MLS) "İnter Mayami" klubunda çıxış edir. Avropada argentinalı Fransanın PSJ və İspaniyanın "Barselona" klublarında oynayıb, sonuncunun heyətində dörd dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
Hücumçu dünya çempionu (2022), dünya birinciliklərinin ikiqat gümüş mükafatçısı (2014, 2026), olimpiya çempionu (2008) və ikiqat Amerika Kubokunun sahibidir (2021, 2024). Messi "Qızıl top"ların sayına görə (8) rekordçudur.
Argentina yığmasının heyətində 208 oyun keçirib və 126 qol vurub. O, hər iki göstəriciyə görə milli komandanın rekordçusudur. Forvard altı dünya çempionatında iştirak edib.
Ronaldonun isə 41 yaşı var. O, beşqat Çempionlar Liqasının qalibidir, Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibi olub. Milli yığmalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində qol sayına görə rekordlar ona məxsusdur.
Futbolçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir, karyerası ərzində hücumçu həmçinin Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" və İtaliyanın "Yuventus" klublarında oynayıb.
Ronaldonun karyerasında 980 qol var ki, onlardan 146-sı yığmanın, 834-ü isə klub səviyyəsində vurulub.













