26 Oktyabr 2026, 11:16
FUTBOL
Premyer Liqanın IX turu “Turan Tovuz” üçün əlamətdar olub. Matc.az xəbər verir ki, “Neftçi” ilə səfər görüşü (1:1) Qərb təmsilçisinin liqada 150-ci oyunu olub.
74 dəfə evdə, 76 dəfə səfərdə meydana çıxan komanda 58 qələbə qazanıb, 42 heç-heçə edib və 50 dəfə uduzub.
186 qol vuran Tovuz təmsilçisi 174 top buraxıb. Turnirin tarixinə 150 və daha çox oyun keçirən 26-cı komanda kimi düşən qərblilərin ilk matçı 2022-ci il avqustun 8-də evdə “Qəbələ”yə qarşı olub – 0:2.













