Niderlandın “Ayaks” klubu Almaniyanın “Bavariya” komandası ilə yoldaşlıq görüşü keçirəcək. Matc.az xəbər verir ki, qarşılaşma 2027-ci il yanvarın 5-də Keniyanın paytaxtı Nayrobidə baş tutacaq. Oyun 60 min tamaşaçı tutumuna malik “Talanta” idman kompleksində yerləşən Raila Odinqa adına Beynəlxalq Stadionun açılış matçı olacaq.
Yeni arena 2027-ci ilin yayında keçiriləcək Afrika Millətlər Kubokunun oyunlarına da ev sahibliyi edəcək.
“Ayaks”ın yaydığı məlumatda klubun bu tədbirə dəvət olunmaqdan məmnun olduğu bildirilib. Qeyd olunub ki, “Bavariya” ilə görüş komanda üçün mövsümün ikinci yarısına hazırlığın son mərhələsi olacaq.
Matçın biletlərinin satışa çıxarılması ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.
Mahir AXUND













