2023-cü ilin sentyabrında Valensiya Futbol Federasiyası klubun yarışlarda iştirakına son qoyub. Qərardan əvvəl komanda həmin mövsüm cəmi iki oyuna çıxmış, onlardan birində 40:0 hesabı ilə uduzmuşdu.
İspaniyanın aşağı liqalarında çıxış edən “Sueca United” klubu futbol tarixinin ən qeyri-adi hekayələrindən biri ilə gündəmə gəlib. Matc.az xəbər verir ki, Valensiya futbol sistemində mübarizə aparan komanda həddindən artıq uğursuz nəticələrinə görə yarışlardan kənarlaşdırılıb.
Klubun qurucusu aktyor Pau Codina komandada başqa klublarda oynamaq imkanı tapa bilməyən futbolçulara şans vermək istəyib. Lakin səviyyə fərqi komandanın nəticələrinə ciddi təsir göstərib.
Nəşrin yazdığına görə, “Sueca United” 11 mövsüm ərzində ardıcıl 300-dən çox oyunda məğlub olub və qapısında 4 mindən artıq qol görüb. Komandanın tarixində qeydə alınan orta hesablı nəticə isə 24:0 olub.
2023-cü ilin sentyabrında Valensiya Futbol Federasiyası klubun yarışlarda iştirakına son qoyub. Qərardan əvvəl komanda həmin mövsüm cəmi iki oyuna çıxmış, onlardan birində 40:0 hesabı ilə uduzmuşdu.
Beləliklə, futbolçulara oynamaq imkanı yaratmaq məqsədilə qurulan komandanın hekayəsi ağır nəticələr və liqadan kənarlaşdırılma ilə başa çatıb.
Mahir AXUND













