“Real Madrid”in ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem UEFA Çempionlar Liqasında daha bir tarixi uğura imza atıb. Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu turnirin əsas mərhələsinin IV turunda Yunanıstanın AEK komandası ilə keçirilən qarşılaşmada meydana çıxmaqla Çempionlar Liqasında 60 oyun keçirən ən gənc futbolçu olub.

Bellingem bu göstəriciyə 23 yaş 128 günlüyündə nail olub. O, uzun müddət rekordun sahibi olan İker Kasilyası geridə qoyub. Əfsanəvi ispaniyalı qapıçı 60-cı oyununu 23 yaş 167 günlüyündə keçirmişdi.

Beləliklə, İngiltərə millisinin üzvü Kasilyasın rekordunu 39 gün fərqlə yeniləyib.

Qeyd edək ki, Bellingem daha əvvəl də bu göstəricidə Kasilyası qabaqlamışdı. O, 2025-ci ilin noyabrında 22 yaş 128 günlüyündə Çempionlar Liqasında 50 oyun həddinə çatan ən gənc futbolçu olmuşdu.

Bellingem Avropanın ən nüfuzlu klub turnirində indiyədək “Borussiya Dortmund” və “Real Madrid”in formasını geyinib. O, 60 matçda 16 qol vurub və 13 məhsuldar ötürmə verib.

Xatırladaq ki, AEK – “Real Madrid” qarşılaşması İspaniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bellingem də matçda fərqlənən futbolçular sırasında olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest