Almaniya yığmasının baş məşqçisi Yurgen Klopp yarımmüdafiəçi Feliks Nmeça ətrafında yaranan mübahisəyə münasibət bildirib. Matc.az xəbər verir ki, mütəxəssis Dortmund “Borussiya”sının futbolçusunun bundan sonra qollarını əvvəlki kimi qeyd etməyəcəyini açıqlayıb.
 
Nmeça az öncə qol vurduqdan sonra başından xəyali tacı çıxararaq yerə qoymaq jesti ilə diqqət çəkib. Bu hərəkət 2015-ci ildə keçmiş futbolçu Con Bostok tərəfindən yaradılmış “Ballers in God” adlı yevangelist şəbəkə ilə əlaqələndirilib. Xristian fundamentalizmi və ultra-mühafizəkar dəyərləri təbliğ etməkdə ittiham olunan qrup ətrafında yaranmış mübahisə futbolçunun qol sevincinin də tənqid edilməsinə səbəb olub.
 
Nmeça ittihamlara cavab olaraq ayrı-seçkilik və nifrəti dəstəkləmədiyini bildirib: “Mən heç vaxt ayrı-seçkiliyi və ya nifrətin hər hansı formasını təbliğ etməmişəm. Xristianlar olaraq hər kəsə sevgi və hörmət göstərilməsinin tərəfdarıyıq”.
 
Klopp da futbolçu ilə söhbətindən sonra məsələyə münasibət bildirib. Almaniyalı mütəxəssis Nmeçanın niyyətinin heç kimi kənarlaşdırmaq və ya alçaltmaq olmadığını vurğulayıb:
 
“O, bütün insanları sevdiyini, heç kimi kənarlaşdırmaq və ya nüfuzdan salmaq niyyətində olmadığını bildirdi. Mənim üçün ən vacib məqam da məhz budur. O, bundan sonra qollarını əvvəlki kimi qeyd etməyəcək”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest