"Çox istirahət edə bilməmişdim və bir həftə əvvəl kollektivə qoşulmuşdum. Buna baxmayaraq, özümü meydanda yaxşı hiss edirdim". Matc.az saytının məlumatına görə, bunu "Universitatya Krayova"nın yarımmüdafiəçisi Aleksandru Çikeldeu deyib.

Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşan Rumıniya klubu Bakıda olduğu kimi, Krayovada da 3:2 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.

Görüşlə bağlı yerli mətbuata açıqlama verən 22 yaşlı orta sahə oyunçusu cavab oyununda vəziyyət qəlizləşdiyi üçün günahı özlərində görür: "Səbail"lə oyun asan keçmədi. Amma bunun günahkarı da özümüzük. Hesabda 2:0 öndə olarkən rəqibə şans verməməli idik. Gənclər yığmasındakı çıxışdan sonra özümə inamım daha da artıb. Artıq bütün diqqətimizi daxili çempionata yönəltməliyik. Çünki həftəsonu "Dinamo" ilə çətin səfər oyunumuz olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest