"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal" aparıcı futbolçularından biri ilə vidalaşıb. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, hücumçu Rezuan Mirzov Tula təmsilçisi ilə yollarını ayırıb.

Ötən mövsümü "Arsenal"da icarə əsasında çıxış edən Rusiya millisinin üzvünü tulalılar müqavilə ilə məxsus olduğu "Rostov"dan yenidən icarəyə götürməyə çalışıb. Lakin onların bu cəhdləri uğursuz alınıb. 26 yaşlı oyunçu bir müddətdi danışıq apardığı Moskva "Spartak"ı ilə müqavilə imzalayıb.

Qeyd edək ki, "Arsenal"la "Neftçi" arasında ilk oyun iyulun 25-də Rusiyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest